Baydenin Rusiya ilə dialoqu NATO-nu qəzəbləndirdi – Müttəfiqlər narazıdır

10-12-2021, 11:58           
Baydenin Rusiya ilə dialoqu NATO-nu qəzəbləndirdi –
“Baydenin Rusiya ilə dialoq təklifi NATO müttəfiqlərini qane etmir”.

KONKRET.az xəbər verir ki, bu barədə “Blomberg” nəşri məlumat yayıb. “Bloomberg”in adı açıqlanmayan diplomata istinadən veridiyi məlumata görə, Şərqi Avropa ölkələri ABŞ prezidenti Co Baydenin Ukraynadakı vəziyyətlə bağlı Rusiya ilə dialoqa başlamaq təklifini tənqid edib.

Belə bir müraciət Şimali Atlantika Alyansının bir neçə üzv dövlətinin liderləri tərəfindən qəbul edilib. Lakin Moskva ilə əlaqələr qurmaq istəyən Vaşinqtonun mövqeyi Alyans dövlətlərindən birini qəzəbləndirib.

Nəşr qeyd edir ki, NATO-nun “şərq cinahı” Rusiya ilə danışıqların Şimali Atlantika Alyansının fəaliyyət azadlığının məhdudlaşdırılması ilə nəticələnə biləcəyindən narahatdır.

Qeyd edək ki, Rusiya dəfələrlə “təcavüz” ittihamlarını rədd edərək, heç kimə hücum etməyəcəyini vurğulayıb. Kreml hesab edir ki, Qərb bu cür bəyanatlardan Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikası yerləşdirmək üçün istifadə edir.

Dekabrın 7-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında onlayn danışıqlar baş tutub. Təxminən iki saat davam edən görüş zamanı Rusiya lideri amerikalı həmkarına “qırmızı xətt”in NATO-nun şərqə doğru hərəkəti və Ukraynaya silah yerləşdirməsi olduğunu deyib. Bayden isə öz növbəsində Putini Vaşinqtonun Kiyevə əlavə hərbi yardım göstərəcəyi və Alyansın Şərq qolunu gücləndirəcəyi ilə hədələyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.