Xorvatiya Şengen zonasına qoşulacaq

10-12-2021, 18:21           
Xorvatiya Şengen zonasına qoşulacaq
Avropa İttifaqına (Aİ) üzv ölkələrin daxili işlər nazirləri Xorvatiyanın Şengen pasportsuz səyahət zonasına qoşulmasına razılıq verib.

Day.Az APA-ya istinadən bildirir ki, qərar rəsmi Zaqrebin öz seksiyasında ittifaqın xarici sərhədlərini effektiv şəkildə qorumağa qadir olduğuna Aİ-ni əmin etməsindən sonra qəbul edilib.

Aİ-nin daxili işlər komissarı İlva Yohanson razılaşmanın əldə edilməsindən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Xorvatiya artıq Şengen zonasına qoşulmağa hazırdır.

Bununla belə, Şərqi Avropa ölkəsinin Şengen zonasına qoşulacağı dəqiq tarix açıqlanmayıb.

2013-cü ildən Aİ üzvü olan Xorvatiya eyni zamanda ittifaqın vahid valyuta zonasına qoşulmaq niyyətindədir.

Şengen zonasının Aİ üzvü olmayan İsveçrə və Norveç də daxil olmaqla, ümumilikdə 26 üzvü var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.