Rusiyanın Krım strategiyası: Kreml güzəştə gedə bilər?

11-12-2021, 00:04           
Rusiyanın Krım strategiyası:
“Kiyev Moskva ilə münasibətlərdə güzəştlərə getməyə hazırdır”.

Bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Biz məsələyə konstruktiv yanaşırıq və güzəştə getməyə hazırıq, ancaq Rusiya tərəfinin qarşılıqlı güzəştə getməsi şərtilə”, - o deyib.
Kulebanın sözlərinə görə, Rusiyanın tələbləri rasional və qanuni olmalıdır.

"Rusiya-Ukrayna sərhədi yaxınlığında eskalasiya baş verərsə, biz Qərb tərəfdaşlarımızın Rusiyaya qarşı sanksiyalar formasında köməyinə ümid edirik”, - deyə nazır bildirib.

Qeyd edək ki, Ukrayna və Rusiya arasındakı gərginliyin pik həddə olduğu bir vaxtda belə bir açıqlamanın verilməsi gözlənilmirdi.

Görünür, rəsmi Kiyev mövcud gərginlikdən narahatdır və problemin həlli istiqamətində addımlar atılmasını istəyir.

Nazirin sözlərinə görə, hətta Ukrayna Rusiyaya güzəştə belə getməyə razıdır.

Bəs hansı güzəştlərdən söhbət gedir? Krıma muxtariyyət verilməsi müzakirə oluna bilərmi?

Politoloq Əlimusa İbrahimov Cebhe.info-ya açıqlamasında bildirib ki, Ukrayna Krımla bağlı hər hansısa bir güzəştə getməyəcək:

“Ümumiyyətlə, rəsmi Kiyevin Krım, Luqansk və Donbasla bağlı güzəştə getməsi mümkün deyil. Çünki bunlar Ukrayna üçün “qırmızı xətt”dir. Hətta bunu ağla gətirmək belə mümkün deyil. Təbii ki, Krımın Rusiyanın tərkibində qalması, ona muxtariyyət verilməsi və ya Donbasın statusunun müəyyən olması məsələsi gündəmə gəlməyəcək.

Sadəcə olaraq, gərginliyin azaldılması üçün müəyyən addımlar atıla bilər. Bu məsələ Vladimir Putin və Co Bayden arasındakı videoformatdakı görüşündən sonra gündəmə gəldi. Ukrayna və digər Avropa ölkələri bu görüşə daha çox ümid bəsləyirdi. Lakin görüşdə istənilən nəticə əldə olunmadı. Ona görə də rəsmi Kiyev geri addım atmaq istəyir. Hesab edirəm ki, artıq Rusiya da bu fikirdədir”.

Politoloq hesab edir ki, Rusiya və Ukrayna arasında yaxınlaşma olacaq:

“Fikrimcə, tərəflər arasında həm ticarət və iqtisadi əlaqələrinin möhkəmləndirilməsi, həm də qaz nə neft nəqlinin inkişaf etdirilməsi məsələlərində güzəştə gedilə bilər.

Ümumiyyətlə, Rusiya və Ukrayna arasında birbaşa dialoq qurulmalıdır. Hətta zaman-zaman iki ölkənin dövlət başçıları da görüşməyə hazır oldqudlarını bildiriblər. Ümid edirəm ki, kənar dövlətlərin müdaxiləsi zəiflədikcə bu iki dövlət bir-birilə danışıqlar masası arxasına keçmək məcburiyyətində qalacaqlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
casino Pin Up AZ