Rejissorun sözləri Putini əsəbiləşdirdi - Mübahisə düşdü+VİDEO

11-12-2021, 07:02           
Rejissorun sözləri Putini əsəbiləşdirdi -
Rusiya prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasının üzvləri ilə onlayn konfransda rejissor Aleksandr Sokurovla Rusiya haqqında söylədiyi fikirlərə görə mübahisə edib.

“Qafqazinfo” xəbər verir ki, kinorejissor çıxışı zamanı ölkənin siyasi həyatının bütün aspektlərinə toxunub. O qeyd edib ki, Rusiya əslində bir neçə ölkəni, məsələn, Suriya və Belarusu ehtiva edir. Sokurov Rusiyanın tərkibində yaşamaq istəməyən respublikalara sərbəst çıxış verməyi təklif edib. O, güc strukturlarının “siyasiləşməsini” xatırladıb, ölkədə siyasi işlərin dayandırılmasının vacibliyindən danışıb.

Putin şəxsən rejissora müraciət edərək deyib ki, bəzi məsələlərdə düşünmək, bəzilərində susmaq, ictimai məkanda nəsə deməzdən əvvəl isə iki dəfə düşünmək lazımdır.

"Sizə kim dedi ki, onlar Rusiyanın tərkibində yaşamaq istəmirlər", - deyə Putin hiddətlənib.

“Bu çıxışınız, xalqa, ölkəyə hörmətsizlikdir. Ordumuza gəldikdə isə, ona görə siz narahat olmayın, hər şey yaxşıdır. Ordumuz inkişaf edir”, - deyə Putin rejissora iradını bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru