“Paşinyan açıq dedi ki, Qarabağı Azərbaycana qaytaracaq” - Nairi Hoxikyan

11-12-2021, 15:26           
“Paşinyan açıq dedi ki, Qarabağı Azərbaycana qaytaracaq” - Nairi Hoxikyan
“İki gün əvvəl Ermənistanın baş naziri çox açıq şəkildə dedi ki, Qarabağı Azərbaycana verəcək. O, çox sadə şəkildə bildirdi ki, biz Qarabağın Azərbaycanın tərkibində olmaması fürsətini nəzəri və praktiki baxımdan itirmişik”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri jurnalist, Ermənistan Azadlıq Hərəkatının rəhbəri Nairi Hoxikyan deyib.

O bildirib ki, Nikol Paşinyan artıq prosesə start verib: “Sadələşdirsək və ya başqa cür desək, Paşinyan “Qarabağı verəcəm” söyləyib. Biz Xarici İşlər Nazirliyinə gəlmişik, ilk növbədə, heç bir xain hökumətin vətənimizin bir hissəsini Azərbaycana verməsinə icazə verməyəcəyik. Biz açıq şəkildə Xarici İşlər Nazirliyindən Nikol Paşinyanın sözlərini bölüşsə də, bölüşməsə də, mövqe tələb edirik”.

P.S. Bunlar hələ də qanmırlar ki, Qarabağ heç vaxt Ermənistanın tərkibində olmayıb və bundan sonra da olmayacaq. Həm də hələ də qanmırlar ki, Qarabağ Azərbaycanındır və belə də qalacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru