"NATO birlikdə işləməlidir ki, Rusiyanın davranışını dəyişə bilsin" - Estoniya Prezidenti

13-12-2021, 08:09           
"NATO birlikdə işləməlidir ki, Rusiyanın davranışını dəyişə bilsin" - Estoniya Prezidenti
Estoniya Prezidenti Alar Karis Şimali Atlantika Alyansı üzrə bütün müttəfiqlərin birgə fəaliyyəti zamanı təhlükəsizlik məsələlərinin müzakirəsi barədə fikir irəli sürüb.

Bu barədə «Rostimees.ee» nəşri xəbər verib.

"Estoniyanın mövqeyi aydındır - NATO Estoniya da daxil olmaqda, Avropada təhlükəsizlik məsələlərini bütün müttəfiqlərlə birlikdə müzakirə etməlidir. Bu da yaxınlarda başa çatmış görüşdə hamı tərəfindən təsdiqlənib" - Karis ABŞ Prezidenti Co Baydenlə NATO-nun bütün Şərqi Avropa üzv-dövlətləri başçılarının söhbətindən sonra təsdiq edib.

Prezident bəyan edib ki, üçüncü tərəf ölkələr alyansın təhlükəsizlik məsələlərində qərar qəbul etmək hüququna malik deyillər, həm də veto qoymaq və ya kimin NATO-ya daxil olmaq və ya ola bilməmək məsələsi barədə danışmaq səlahiyyətində deyillər.

«Bu, yalnız NATO ölkələrinin qərarı ola bilər. Hərbi qarşıdurma - bu, yalnız NATO-ya üzv dövlətlər tərəfindən həll olunur və yalnız təhlükəsizlk sahəsində həll olunan məsələdir» - Karis deyib və Estoniya Baş naziri Kai Kallası təkrarlayıb. O, qeyd edib ki, hazırkı böhran mövcud olan rabitə kanalları vasitəsinə həll oluna bilər və Rusiya ilə təmaslar Rusiya-NATO Şurası üzərindən baş verə bilər. Onun sözlərinə görə, bütün müttəfiqlər birgə işləməlidirlər ki, Rusiyanın davranışını dəyişə bilsinlər.

«Çox mühümdür ki, NATO üzrə müttəfiqlərin diqqəti seyrəlməsin. Və biz, şadıq ki, ABŞ Prezidenti Bayden Ukraynanı dünyanın diqqət fokusunda saxlayır - bunun, gərginliyin zəifləməsinə kömək edəcəyinə ümid edirik. Ukrayna öz gələcəyini müstəqil şəkildə müəyyən etmək imkanlarına malik olmalıdır» - Estoniya Prezidenti deyib.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.