Avropa İttifaqı Şengen zonasında islahatlar aparacaq

15-12-2021, 11:26           
Avropa İttifaqı Şengen zonasında islahatlar aparacaq
Avropa Komissiyası yeni növ koronavirus pandemiyasını, həmçinin miqrasiya böhranını nəzərə alaraq Şengen zonasında islahatlar həyata keçirməklə bağlı təkliflər irəli sürüb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, təklif olunan dəyişikliklər Aİ daxilində koordinasiyanın gücləndirilməsinə yönəlib, dövlətlərə Aİ-nin ümumi xarici sərhədlərinin, eləcə də Şengen zonasındakı daxili sərhədlərin idarə edilməsində təkmilləşdirilmiş addımlar atmağa imkan verəcək.

Avropa Komissiyası təklif edir ki, Belarusun Polşa, Litva və Latviya ilə sərhədindəki vəziyyət kimi miqrasiya böhranı halında fəaliyyət göstərən keçid məntəqələrinin sayı azaldılsın, Aİ-nin xarici sərhədinin qorunması və qaçqınların bilavasitə sərhəd bölgəsində sığınacaq üçün müraciətlərinə baxılması üçün tədbirlər gücləndirilsin.

Bundan əlavə, Avropa Komissiyası Aİ ölkələrini readmissiyaya dair ikitərəfli sazişlər bağlamağa və ya yeniləməyə, sərhədyanı ərazilərdə hüquq-mühafizə orqanları arasında daha səmərəli əməkdaşlıq qurmağa dəvət edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru