Etiraf etdi: “Talibanı mən çağırdım”

16-12-2021, 07:38           
Etiraf etdi:
“Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Əfqanıstanın ABŞ-ın dəstəklədiyi keçmiş iqtidarının liderlərindən biri olan Həmid Kərzai “Taliban”ı Kabula özünün çağırdığını bəyan edib.

AP agentliyinə müsahibə verən Kərzai 15 avqust tairixində “Taliban”ın Kabul şəhərinə nəzarəti ələ keçirdiyi zaman, şəhərin xaosa sürüklənməməsi üçün özünün talibləri şəhərə dəvət elədiyini bildirib. Kərzai Əşrəf Qəni ilə Müdafiə naziri, Daxili İşlər naziri də daxil olmaqla, digər vəzifə sahiblərinin ölkədən qaçmasından sonra xaos yarandığını qeyd edib. Prezident Aparatının mühafizə qüvvəsinin dövlət başçısı vəzifəsinə keçməyi təklif etdiyi zaman Kərzai təklifi rədd edib. Xaosun qarşısını almaq üçün talibləri sülh yolu ilə şəhərin içərisinə dəvət edib.

Hürr Tərcüman












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru