Şuşa Bəyannaməsi bir təlimatdır - Türkiyə səfiri

16-12-2021, 07:36           
Şuşa Bəyannaməsi bir təlimatdır -
Şuşa Bəyannaməsi bizim üçün bir təlimatdır. Bu bəyanat Türkiyə və Azərbaycan əlaqələrinin hər bir sahədə genişləndirilməsi və dərinləşdirilməsidir.

Teref.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr genişlənir.

"Şuşa bəyannaməsi bizim üçün bir təlimatdır və hər birimiz bu təlimata uyğun fəalliyyət göstəririk”, - deyə səfir bildirib.

O qeyd edib ki, 30 illik bir acının arxasınca Azərbaycan həm hərbi, həm də siyasi baxımdan böyük uğur əldə edərək Qarabağda zəfər qazandı. Müharibə zamanı Türkiyə həm siyasi, həm də mənəvi baxımdan Azərbaycanın yanında oldu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru