“NATO ölkələri odun üzərinə yağ tökürlər” - Zaxarova

16-12-2021, 07:42           
“NATO ölkələri odun üzərinə yağ tökürlər” - Zaxarova
"Ukraynadakı vəziyyət narahatlıq yaradır”.

Teref.az xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, NATO ölkələri "odun üzərinə yağ tökmək üçün” Ukraynaya silah tədarükünü artırırlar:

"Ukraynada vəziyyətin inkişafı, yumşaq desək, narahatlıq yaratmaqda davam edir. NATO ölkələri Ukraynaya silah tədarükünü artırır, onun hərbçilərinə təlim keçir, lakin bunu sabitlik və təhlükəsizlik kimi hansısa mifik vəzifəni qorumaq məqsədi ilə etmirlər, odun üstünə yağ tökmək, ölkədə davam edən vətəndaş müharibəsinə daha da böyük miqyas vermək üçün edirlər”.

Onun sözlərinə görə, 2014-cü ildən ABŞ Ukraynaya 2,5 milyard dollar, o cümlədən bu il 400 milyondan çox hərbi yardım göstərib və bu yaxınlarda Vaşinqton onlara 30 Javelin raket kompleksi və 180 raket verib. 2022-ci il üçün isə ABŞ Kiyevə silah tədarükü üçün 300 milyon dollar ayırıb.

(Qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru