ABŞ-dan Türkiyə və Ermənistanın xüsusi nümayəndə təyinatı qərarına - REAKSİYA

16-12-2021, 07:39           
ABŞ-dan Türkiyə və Ermənistanın xüsusi nümayəndə təyinatı qərarına - REAKSİYA
ABŞ Dövlət katibi Antoni Blinken Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üçün qarşılıqlı xüsusi nümayəndələr təyin edəcəkləri barədə bəyanatlarını dəstəklədiklərini bildirib.

KONKRET.az-ın xəbərinə görə, o, bu barədə Tvitterdə məlumat verib.

“Biz Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Ermənistan xarici işlər nazirinin normallaşma prosesini müzakirə etmək üçün xüsusi nümayəndələr təyin ediləcəyi ilə bağlı bəyanatlarını alqışlayırıq və qətiyyətlə dəstəkləyirik”, – Blinken qeyd edib.

Xatırladaq ki, M.Çavuşoğlu dekabrın 13-də Türkiyə Böyük Millət Məclisindəki çıxışında Ermənistanın paytaxtı İrəvanla çarter reysləri açacaqlarını və bu ölkəyə xüsusi nümayəndə təyin edəcəklərini bildirmişdi. Qeyd etmişdi ki, Türkiyə hər addımda Azərbaycanla birlikdə hərəkət edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru