“Rusiyaya qarşı bu addımı atmağa hazırıq” - Açıq xəbərdarlıq

16-12-2021, 08:05           
“Rusiyaya qarşı bu addımı atmağa hazırıq” -
Avropa Komissiyasının sədri Ursula von der Leyen iyun ayından bəri Rusiyanın Ukraynaya qarşı təcavüzkar mövqe tutacağı təqdirdə nələrin edilə biləcəyini qiymətləndirdiklərini və bu ölkəyə qarşı əlavə tədbirlər görməyə hazır olduqlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Von der Leyen bu barədə Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı danışıb.

“Rusiyanın Ukraynaya qarşı təcavüzkar davranışlarının böyük bədəlləri olacaq. İyun ayında Avropa Şurası bizə variantlar hazırlamamağı tapşırmışdı. O vaxtdan bəri ABŞ və digər tərəfdaşlarla bunun üzərində işləyirik. Biz hazırıq”, - diplomat bildirib.

Von der Leyen əlavə edib:

“Biz misli görülməmiş əlavə sanksiyalar tətbiq etməyə hazırıq ki, bu da mövcud sanksiyaların güclü şəkildə artırılması və genişləndirilməsi şəklində ola bilər. Təbii ki, bunun Rusiya üçün ciddi nəticələrin olması mümkündür. Amma hər şeydən əvvəl Rusiyanı gərginliyi azaltmağa, diplomatiya kanalını seçməyə və beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıram”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.