“Rosatom” Serbiyada nüvə elmi və texnologiya mərkəzi yaradır

16-12-2021, 09:58           
“Rosatom” Serbiyada nüvə elmi və texnologiya mərkəzi yaradır
Rusiyanın “Rosatom” dövlət korporasiyası Serbiyada nüvə elmi və texnologiya mərkəzi yaradacaq.

AZƏRTAC xəbər verir ki, “Rosatom” bu ölkədə nüvə texnologiyasının inkişafına kömək etmək üçün mərkəzin yaradılmasına dair Serbiya hökuməti ilə çərçivə sazişi imzalayıb.

Mərkəzin yaradılacağı yer və investisiya məbləği açıqlanmayıb. Burada siklotron kompleksi və radiofarmasevtika istehsalı müəssisəsi yaradılacaq. Müəssisədə həm tibb, həm də sənaye ehtiyacları üçün radioaktiv izotop istehsalı həyata keçiriləcək.

Qeyd edək ki, “Rosatom” Çexiya, Macarıstan, Misir, Polşa, Qazaxıstan, Özbəkistan və Vyetnamda oxşar tədqiqat mərkəzlərinin yaradılmasına dəstək verib.

Rusiyada bütün hərbi və mülki nüvə fəaliyyətlərini həyata keçirən və bu ölkənin ən böyük elektrik enerjisi istehsalçısı olan “Rosatom” qlobal nüvə yanacağı bazarının 17 faizinə sahibdir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru