İran nüvə obyektində kameraların quraşdırılmasına icazə verib

16-12-2021, 10:32           
İran nüvə obyektində kameraların quraşdırılmasına icazə verib
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İran tərəfindən yenidən atomun zənginləşdirilməsini həyata keçirəm müəssisəyə giriş icazəsi verildiyini bildirib.

Bizimyol.info “Nournews”a istinadən xəbər verir ki, bu barədə İranın təhlükəsizlik qüvvələrinə yaxın mənbə məlumat yayıb.

Kərəcdəki istehsal müəssisəsi bu ilin iyun ayında təxribat hücumuna məruz qaldığı zamanı zədələnmiş və ya dağıdılmış kameralar yenisi ilə əvəz ediləcək.

İran, anlaşılmazlıqların qarşısını almaq üçün qlobal nüvə nəzarəti təşkilatına giriş icazəsi verməyə “könüllü olaraq” razılaşdığını bildirib.

Hesabatda İsrailin günahlandırıldığı hücumla bağlı təhlükəsizlik və məhkəmə araşdırmalarının aparıldığı əlavə edilib. MAQATE-nin bu yaxınlarda İranın tələbi ilə razılaşdığı və hücumu pislədiyi qənaətinə gəlindi.

İran parlamentinin qəbul etdiyi qanuna əsasən, MAQATE-nin “iranlı ekspertlər tərəfindən texniki baxışdan sonra” quraşdırılacaq kameraların yazılarına birbaşa çıxışı olmayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.