"Ərazi bütövlüyünün qarşılıqlı tanınması Qarabağın taleyinə yağlı xaç olacaq" - Ohanyan
16-12-2021, 11:55

“Sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də ərazi bütövlüyünün qarşılıqlı tanınması Qarabağın taleyinə yağlı xaç olacaq”.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bu sözləri sabiq müdafiə naziri, müxalifət bloku “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan jurnalistlərə müsahibəsində deyib. Onun fikrincə, delimitasiya və demarkasiya məsələsi “Dağlıq Qarabağ Respublikası”nın öz müqəddəratını təyinetmə məsələsi üçün kifayət qədər ciddi təhlükə yaradır.
Keçmiş müdafiə nazirinin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sərhədin bu gün harada olduğunu heç kim bilmir, çünki iki respublika SSRİ-nin tərkibinə daxil olduqdan sonra onlar kifayət qədər ciddi dəyişikliklərə məruz qalıb. Ohanyanın sözlərinə görə, sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirmək üçün ciddi araşdırmalara ehtiyac var.
Ohanyan məhz bu proseslərin aparılması üçün lazımi şəraitin olmamasını deyib. “Əgər biz sərhədlərin demarkasiyası və delimitasiyasını Qarabağın öz müqəddəratını təyinetmə məsələsi ilə əlaqələndirməsək, bu, Dağlıq Qarabağ Respublikasının taleyi üçün kifayət qədər ciddi təhlükələr yarada bilər. Ermənilərin “öz tarixi” vətənində yaşamaq hüququ var”, – deyə o bildirib.
Ohanyan indiki hakimiyyətin zəif iradəsinə işarə edib. “Ermənistan hakimiyyəti bütün prosedurları pozaraq şifahi və yazılı razılaşmalara razıdır. Söhbət xüsusilə 9 noyabr 2020-ci il tarixli bəyanatdan başlayaraq əldə olunmuş razılaşmalardan gedir”, – deyə parlament Ohanyan izah edib.
“Biz özümüzü kifayət qədər çətin hərbi-siyasi vəziyyətdə salmışıq. Məsələn, Türkiyə-Azərbaycan tandemi artıq Ermənistanın bilavasitə sərhədlərində yaranıb”, – o bildirib.
Qeyd edək ki, Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi ilə bağlı Milli Məclisin növbədənkənar iclasında hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyası iştirak etməyib. Yetərsay olmadığı üçün mədələyə baxılmayıb. Görüş müxalif “Ermənistan” blokunun təşəbbüsü ilə keçirilib.
Xuraman Etibarlı,