Zelenski soruşdu, NATO rəhbəri cavab vermədi

17-12-2021, 00:02           
Zelenski soruşdu, NATO rəhbəri cavab vermədi
NATO Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin nə zaman tamhüquqlu alyans üzvü olacağı ilə bağlı sualına cavab verməyib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba sosial şəbəkə səhifəsində yazıb.

“Bu gün səhər prezident NATO rəhbəri ilə görüşdü. Bir çox məsələlər ətrafında müzakirə aparıldı. Görüşdə hər şey çox yaxşı idi, lakin həqiqəti söyləmək lazım gələrsə yeganə mənfi cəhət o idi ki, Ukraynanın nə zaman NATO üzvü olacağını söyləmədilər. Hərçənd biz soruşmuşduq, cavab vermədilər”, - deyə nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru