"Ermənistan öz ərazisindən Naxçıvana çıxışı açmaq öhdəliyi daşıyır" - Steynar Gil

17-12-2021, 08:49           
"Ermənistan öz ərazisindən Naxçıvana çıxışı açmaq öhdəliyi daşıyır" - Steynar Gil
"Atəşkəs razılaşmasına əsasən, Ermənistan öz ərazisindən Naxçıvana çıxışı açmaq öhdəliyini daşıyır".

Teref.az xəbər verir ki, bu sözləri Hafta.az-a müsahibəsində Norveçin ölkəmizdəki keçmiş səfiri Steynar Gil deyib. O bildirib ki, metodlar iki tərəf arasında danışıqlarda, ola bilsin ki, üçüncü tərəfin köməyi ilə işlənib hazırlanmalıdır. "Avropa İttifaqı ilə bu yaxınlarda keçirilən görüşün nəticələrinə əsasən, İttifaqın müvafiq arbitr ola biləcəyinə inanmağa əsas var. Laçın dəhlizi Dağlıq Qarabağın yekun həllinin tapılması üçün danışıqlarla bağlı həll edilməli olan ayrıca məsələdir. Fikrimcə, Avropa İttifaqı da bu danışıqlarda arbitr kimi iştirak edə bilər" deyən diplomat əlavə edib ki, hər iki halda Rusiya ilə onun sülhməramlı roluna dair razılığa gəlinməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru