Münaqişə baş versə, bu ölkələr məhv olacaq - Arçakov
19-12-2021, 12:39
Avropada genişmiqyaslı münaqişə baş verərsə, Baltikyanı ölkələr məhv olacaq.
Axar.az xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurası katibinin müavini Vladimir Arçakov deyib.
“Bizim digər qərb, daha doğrusu, şimal-qərb qonşularımıza (Polşadan başqa) gəldikdə, onlar hərbi mənada heç bir məna kəsb etmirlər”, – deyə Arçakov bildirib.