“Serbiyada enerji böhranı Azərbaycandan alınan mazut hesabına aradan qaldırılıb” - Aleksandr Vuçiç

20-12-2021, 08:18           
“Serbiyada enerji böhranı Azərbaycandan alınan mazut hesabına aradan qaldırılıb” - Aleksandr Vuçiç
“Avropada enerji ilə bağlı vəziyyət pisləşir və qitənin böyük bir hissəsində tam xaos yaranır”. “Report” xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.

Onun sözlərinə görə, hazırda Serbiyada statistik səhvdən 500 ev təsərrüfatı istisna olmaqla hamının elektrik enerjisi var: “Hamını elektrik enerjisi ilə təmin edə bilmişik, şəbəkə dayanıqlıdır. Bir az sakitləşə bilərik, baxmayaraq ki, tam xaos Avropanın əhəmiyyətli bir hissəsində təzəcə gəlməyə başlayır”.

Serbiya prezidenti bildirib ki, ölkədə enerji böhranı, o cümlədən Azərbaycan və İrandan alınan mazut hesabına aradan qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru