"Paşinyan Ermənistanı məhv etmək üçün hakimiyyətə gəlib" - Culfalakyan

20-12-2021, 19:37           
"Paşinyan Ermənistanı məhv etmək üçün hakimiyyətə gəlib" - Culfalakyan
“Bu şəxs Ermənistanın maraqlarını qorumaq üçün yox, məhv etmək üçün hakimiyyətə gəlib”.

Teref.az KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə parlamentin “Mənim addımım” fraksiyasının keçmiş üzvü Arsen Culfalakyan “Facebook” səhifəsində yazıb. O, Türkiyə ilə danışıqlar üçün xüsusi nümayəndənin təyin edilməsini qeyri-adekvat addım adlandırıb.

“Guya baş nazir peşəkardır, parlament sədri, müdafiə, səhiyyə, iqtisadiyyat nazirləri, MTX rəhbərləri (sadalamayacam) öz işinin peşəkarıdır, indi də bizə əzab verirlər”, – deyə Culfalakyan hökumətin parlamentin vitse-spikeri Ruben Rubinyanı Ermənistanın danışıqlarda xüsusi nümayəndəsi təyin etmək qərarına istinadən yazıb. Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dair mənfi fikirdə olan Culfalakyan Paşinyanı türklərlə birləşib ölkəni məhv etməkdə günahlandırıb.

“Aydındır ki, (ən azı 9 noyabr 2020-ci ildən) baş nazir postunu tutan şəxs hakimiyyətə Ermənistan Respublikasının maraqlarını qorumaq üçün gəlməyib. Bu, məlumatsızlıqdan, bacarıqsızlıqdan irəli gəlmir, məhz məqsəd budur – ölkəmizdə az-çox işləyən hər şeyi məhv etmək. Bir sözlə, bu türkyönümlü anti-erməni proqramı ardıcıl olaraq həyata keçirilir. Əslində “dəmir mandat” elə bunun üçün lazım idi”, – deyə o yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru