İranla Azərbaycan hərbi sahədə əməkdaşlıq etmək istəyir

23-12-2021, 07:04           
İranla Azərbaycan hərbi sahədə əməkdaşlıq etmək istəyir
“İranla Azərbaycan hərbi-siyasi sahədə əməkdaşlıq etmək barədə müzakirələr aparıb”.

Oxu.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, region ölkələri arasında olan problemləri həmin dövlətlər özləri həll etməlidir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə bildirib ki, Azərbaycan İranın ərazilərin minalardan təmizləmə təcrübəsindən yararlanmaq istəyir.

“Biz bununla bağlı cənab Abdullahianla müzakirə apardıq”, - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru