Qazaxıstana başı qarışan Putinə qarşı ŞOK HƏMLƏ: ABŞ Ukrayna üçün BU ADDIMI da atdı

14-01-2022, 18:55           
Qazaxıstana başı qarışan Putinə qarşı ŞOK HƏMLƏ: ABŞ Ukrayna üçün BU ADDIMI da atdı
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) elit Ukrayna xüsusi əməliyyat qüvvələrinin və digər kəşfiyyatçıların ABŞ ərazisində təlim keçməsinə nəzarət edir.

Teref.az-ın yazdığına görə, Metbuat.az xəbər verir ki, bu barədə "Yahoo News" portalına keçmiş kəşfiyyat və milli təhlükəsizlik rəsmilərindən məlumat daxil olub.

Portalın həmsöhbətlərinin sözlərinə görə, proqram 2015-ci ildə başlayıb. Ukrayna xüsusi təyinatlılarının təlimi ABŞ-ın cənubundakı gizli obyektdə yerləşdirilib. Məlum olub ki, proqram bir neçə həftə üçün nəzərdə tutulub və odlu silahlarla davranış, kamuflyaj texnikası, müxtəlif taktika növləri, həmçinin kəşfiyyatı əhatə edir. Eyni zamanda, mənbələr təlimin heç vaxt hücum hərəkətlərinə yönəlmədiyini iddia edirlər. Portalın qeyd etdiyi kimi, bu cür təlimlərdən keçmiş qüvvələr Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə həlledici rol oynaya biləcəklər.

Yanvarın əvvəlində ABŞ-ın Rusiyadakı səfiri Con Sullivan demişdi ki, Rusiya-Ukrayna sərhədində vəziyyət Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin ötən il noyabrın əvvəlində Moskvaya səfərindən sonra dəyişməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru