"Rusiyanın Ukraynaya soxulması Belarus ərazisindən baş verə bilər" - ABŞ Dövlət Departamenti

20-01-2022, 09:13           
"Rusiyanın Ukraynaya soxulması Belarus ərazisindən baş verə bilər" -
ABŞ hesab edir ki, Rusiya hərbçilərinin Belarusda yerdəyişməsi Ukraynaya mümkün soxulmaya hazırlıq ola bilər.

Bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin (DD) yüksək vəzifəli məmuru bəyan edib.

Diplomatın sözlərinə görə, Rusiya ordusunun planlaşdırılmış birgə hərbi təlim bəhanəsi altında Belarus istiqamətində hərəkəti narahatlıq doğurur.

DD əməkdaşı qeyd edib ki, Belarusun belə hücumda iştirakı belaruslar üçün və həm də onların müttəfiq və həmkarları üçün tamam qəbuledilməz olardı. Xanım diplomat əlavə edib ki, Vaşinqton bu barədə Minski məlumatlandırıb.

Xatırladırıq ki, Qərb ölkələri Rusiya ordusunun Ukrayna sərhədi yaxınlığında hərəkətindən narahatlıq keçirirlər və ehtimal edirlər ki, Rusiya hakimiyyəti bu ölkəyə soxulmağı planlaşdıra bilər.

Moskva isə öz növbəsində təsdiqləyir ki, belə soxulmanı planlamır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru