Rusiyalı politoloq: “Ola bilsin ki, Sarkisyan üçün son damla İrəvanın Ankara ilə münasibətləri istiləşdirmək kursu olub”

24-01-2022, 12:04           
Rusiyalı politoloq: “Ola bilsin ki, Sarkisyan üçün son damla İrəvanın Ankara ilə münasibətləri istiləşdirmək kursu olub”
Paralel.az xəbər verir ki, politoloq Andrey Areşev Ermənistan prezidentinin postunu tərk etmək qərarının ölkədəki siyasi-hüquqi konfiqurasiyadan irəli gəldiyini deyib: “Sarkisyanın imkanları Paşinyan hökuməti üçün tələbatlı deyildi. Ziddiyyətlər lap əvvəldən, yəni Paşinyan hakimiyyətə gəldikdən sonra aşkar idi və illər keçdikcə daha aydın görünməyə başladı. Sarkisyanın qərarı göstərir ki, ziddiyyətlər sonda prezidentlə Ermənistanın faktiki rəhbəri olan Paşinyan arasında Ermənistan dövlətçiliyinin gələcək inkişafı ilə bağlı fikirlər toqquşmasına çevrilib.
Ola bilsin ki, Sarkisyan üçün son damla İrəvanın Ankara ilə münasibətləri istiləşdirmək kursu olub. Belə bir vəziyyətdə Sarkisyan hesab edirdi ki, o, ölkənin indiki siyasi rəhbərliyi ilə uzağa getməyəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.