RUSİYADA HƏRBİ SƏFƏRBƏRLİK – Son 10 ildə tərxis olunanlar orduya çağırılır

7-04-2022, 09:42           
RUSİYADA HƏRBİ SƏFƏRBƏRLİK –
Rusiyanın hərbi komissarlıqları son 10 ilddə hərbi xidmətdən tərxis olunan rusları orduya çağırır.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunur ki, ruslar öz bölmələrinin kadr potensialının artırılması ilə bağlı problemdən çıxış yolu axtarmaqda davam edirlər.

“Rusiya hərbi komissarlıqları 2012-ci ildən sonra hərbi xidmətdən tərxis edilmiş və hərbi qeydiyyata alınmış sürücü, kəşfiyyatçı, eləcə də kiçik komandirlik ixtisaslarına malik olan şəxsləri 3 ay müddətinə hərbi xidmətə cəlb edir”, - deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Onlar həmçinin qeyd edirlər ki, qondarma Pridnestroviya -Moldova Respublikası ərazisində Rusiya vətəndaşlığı olan insanlarla müvafiq təbliğat işləri aparılır.

Məlumatda bildirilir ki, çıxarılan rus bölmələrinin bir hissəsi Rusiya Federasiyasının Ukrayna ilə həmsərhəd olan bəzi vilayətlərinin ərazisində - çadır şəhərciklərində yerləşdirilib. Eyni zamanda qeyd edilir ki, hərbçilər Ukrayna ərazisində növbəti döyüş əməliyyatlarında iştirakdan imtina edirlər.

"Sözügedən şəxsi heyətin mənəvi-psixoloji durumu aşağıdır və getdikcə pisləşməyə meyllidir", - məlumatda deyilir.

Bundan əvvəl Rusiya Federasiyasının gizli səfərbərliyə başladığı və Ukraynaya qarşı müharibəyə 60 minə yaxın insanı cəlb etmək niyyətində olduğu bildirilirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.