"Brüsselə Moskvanın çalışmalarını uzlaşdırmaq praktik baxımdan mümkün deyil"- politoloq

21-05-2022, 15:03           
"Brüsselə Moskvanın çalışmalarını uzlaşdırmaq praktik baxımdan mümkün deyil"- politoloq
Azərbaycanla Ermənistan arasındakı danışıqlarda iki vasitəçi var - Moskva və Brüssel. Nə Bakı, nə də İrəvan bu ikisindən birini seçə blimir. Çünki Brüsseli seçsən Moskva narazı qalacaq və hər iki dövlətə problem yaradacaq, Moskvanı seçsən bu dəfə də Brüssel narazı qalacaq, bu isə nə Bakının, nə İrəvanın maraqlarına cavab verir. Brüssel Moskvadan fərqli olaraq həm Azərbaycana, həm də Ermənistana 2 milyard avrodan çox kredit vədi verib. Digər tərəfdən Azərbaycanın ixracatının əsas istiqaməti Avropa İttifaqı dövlətlərinə yönəlib. Buna görə də indiki halda Bakı və İrəvan həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi qəbul etmək məcburiyyətindədirlər. Ancaq problem ondadır ki, Ukrayna müharibəsinə görə Moskva ilə Brüssel arasında münasibətlər gərgindir və Kreml Avropa İttifaqının Cənubi Qafqazda fəallaşmasını istəmir, bunu Rusiya əleyhinə yönəlimiş siyasət kimi dəyərləndirir.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir. Daha sonra politoloq deyir:
Bakı və İrəvan üçün digər bir problem ondadır ki, həm Brüssel, həm də Moskva eyni işlə məşğuldurlar, hər ikisi Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsi, dəhlizin açılması və sülh sazişinin imzalanmasıyla bağlı vasitəçilik edirlər. Normalda Brüssellə Moskvanın bu 3 məsələdə mövqeləri eynidirsə, Azərbaycanla Ermənistanı barışdırmaq üçün birgə çalışmalıydılar. Sadəcə, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Brüsselə Moskvanın çalışmalarını uzlaşdırmaq praktik baxımdan mümkün deyil. Belə olan halda da Moskva və Brüssel vasitəçilik uğrunda bir-birləriylə mübarizəni davam etdirəcəklər. Bu isə ümumi işə zərər verəcək.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.