Sərhədlər hansı xəritəylə müəyyən ediləcək? - Moskva və İrəvan buna qarşıdır

27-05-2022, 12:23           
Sərhədlər hansı xəritəylə müəyyən ediləcək? -
"Ermənistan ilə aramızda olan sərhədlər mütləqdir ki, Sovet Rusiyası işğalından əvvəlki Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1920-ci il xəritəsinə görə müəyyən olunmalıdır".

Teref.az yazır ki, bunu Milli.Az-a açıqlamasında hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, Azərbaycan Ordusu istənilən təhlükəyə hazır olmalıdır:

"Azərbaycan Respublikası AXC-nin hüquqi varisidir. Tarixi fürsətləri əldən buraxaraq gələcək nəsilləri hüquqi ata mirasından məhrum buraxmayaq. Sadəcə 1988-2020-ci illər arası törədilmiş mədəni, mənəvi, ekoloji və iqtisadi cinayətlərə görə təzminat tələblərini beynəlxalq hüquqa əsaslanaraq iddia etmək onları buna məcbur etmənin ən doğru yoludur.

İstənilən halda nə Rusiyanın, nə də mövcud "kukla rejim"in əslində delimitasiyanın baş tutmasını istəmədiyi bilinməkdədir. Amma əslində mövcud erməni xalqı Ermənistanda perspektivli dövlət ola bilməsi üçün onlar adına bu proses əhəmiyyətli və faydalıdır. Azərbaycanın isə tam tərsinə, tarixə istinadən itirəcəyi heç bir şey yoxdur. Çünkü mövcud "Ermənistan Respublikasının" əraziləri tam olaraq bizə əcdadlarımızdan mirasdır.

Bütün bunlara baxmayaraq vaxtaşırı olaraq erməni mənşəli əhalinin də revanşist fikirlər səsləndirdiyini görməkdəyik. Bu səbəblə, Azərbaycan öz haqqı olan 1918 - 1920-ci il xəritələrinə müvafiq olaraq delimitasiyanın baş tutmasını təmin etmək istiqamətində real addımlar atmalı və müzəffər ordusunu əldə silah daima hazır tutmalıdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.