İqtisadi vəziyyət müharibəyə imkan verirmi? - Açıqlama

30-04-2016, 13:58           
İqtisadi vəziyyət müharibəyə imkan verirmi? - Açıqlama
“Azərbaycanın hazırkı iqtisadi durumunun Ermənistanla müharibəyə hazır olub-olmaması məsələsinə bir neçə aspektdən baxmaq lazımdır. Çünki Azərbaycan təkcə Ermənistanla müharibə etmir, Ermənistan və onu dəstəkləyən ölkələrlə də müharibə edir”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında millət vəkili Fazil Mustafa Azərbaycan iqtisadiyyatınınErmənistanla müharibəyə hazır olub olmaması məsələsinə aydınlıq gətirərkən deyib. Millət vəkili qeyd edib ki, iqtisadiyyatımızın potensialını kənar dövlətlərə görə müəyyənləşdirsək, yetərli səviyyədə olmadığını görərik:
“Biz kiçik bir dövlətik. Hər halda Ermənistanı dəstəkləyən Rusiya və Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı qarşısında müqayisəolunmaz dərəcədə hər hansı üstünlüyümüz yoxdur. İstənilən vaxt Ermənistana büdcədənkənar vəsait həm ABŞ, həm də Fransa tərəfindən ötürülə bilər. Rusiya tərəfdən isə hərbi sursatlar verilə bilər. Bütövlükdə isə, Ermənistanla müqayisədə iqtisadi potensialımız daha böyükdür. Kənar dəstək olmasa, 3-4 gün müddətindəAzərbaycan ordusu Dağlıq Qarabağı azad edə bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.