"Ukrayna artıq de-fakto NATO-nun üzvüdür..." - VİDEO

23-06-2022, 08:46           
"Ukrayna artıq de-fakto NATO-nun üzvüdür..." - VİDEO
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Aretoviç hesab edir ki, Ukrayna artıq faktiki olaraq NATO-nun üzvüdür.

Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, o, bu fikri Mark Feyqinlə canlı yayımda bildirib.

"Daha bir “at gedişi” etdik. Biz "Üç dəniz"(Baltik, Qara və Adriatik dənizləri-S.L.) təşəbbüsünün 13-cü ölkəsi olduq. Bu, pula, nəqliyyata, dənizdə təhlükəsizliyə, infrastruktura çıxışdır. "Üç dəniz"in 12 ölkəsi isə Aİ-nin üzvüdür. Bu, Aİ ölkələrinin demək olar ki, yarısıdır. Bu o deməkdir ki, bizim Aİ ilə inteqrasiyamız hazırda hamının qiymətləndirdiyindən çox irəli gedib. İkincisi, siz başa düşməlisiniz ki, biz faktiki olaraq NATO-nun üzvüyük”, - o bildirib.

Eyni zamanda, Arestoviç qeyd edib ki, “NATO-nun Ukraynanı qəbul etməyə hazır olub-olmadığına şübhə ilə yanaşır”.

Bundan əvvəl Arestoviç bildirib ki, hərbi əməliyyatlar zamanı Ukraynanın NATO-ya qəbul olunma ehtimalı azdır, lakin qələbədən sonra erkən üzvlüklə bağlı müzakirələrin bərpa olunacağı ehtimalı var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru