Qərb liderləri Putini niyə lağa qoydular?

28-06-2022, 08:34           
Qərb liderləri Putini niyə lağa qoydular?
Qərb Rusiya Prezidenti Vladimir Putini “sındırmaq” qərarına gəlib.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Arestoviç Kreml rəhbərinin atla çəkilmiş səhnələşdirilmiş fotosunu G7 liderlərinin necə ələ saldığını xatırladıb:

"Putin hədsiz qürurlu varlıqdır. Qərb liderləri onu açıq şəkildə ələ saldılar, bu da onların emosional olaraq müharibəyə daxil olmaları deməkdir. Bunlar quru və yaxşı düşünülmüş, seçimə yer qoyan siyasi bəyanatlar deyil, sadəcə olaraq onu aşağıladılar. İkincisi, körpüləri yandırdılar. Qərar qəbul olundu, geri çəkilmə olmayacaq, əks halda onu alçaltmağın mənası yoxdur. Bu da onu bitirəcəkləri deməkdir”.

Qeyd edək ki, G7 ölkələrinin liderləri Putinin yarıçılpaq şəkildə at üstündə olmasını əks etdirən fotoya işarə ilə, Rusiya liderini ələ salmışdılar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru