`Müharibə qaçılmazdır, döyüşə hazırlaşmalıyıq` - deputat

5-05-2016, 18:15           
`Müharibə qaçılmazdır, döyüşə hazırlaşmalıyıq` - deputat
“Ermənistan parlamenti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanısa, müharibə qaçılmaz olacaq”

Bunu AzVision.az-a millət vəkili Fəzail Ağamalı deyib.

Deputat qeyd edib ki, 2-5 aprel tarixlərində Azərbaycan ordusunun ermənilərə vurduğu ağır və sarsıdıcı zərbələrdən sonra düşmən özünə gələ bilmir. Bu baxımdan onlar nə etdiklərinin fərqində deyillər.

“Ermənistanda xaotik vəziyyət hökm sürür. Bu ölkə beynəlxalq hüquq normalarını tapdalayır, BMT Təhülkəsizlik Şurasının 4 qətnaməsinin üzərindən xətt çəkir, Avropa Şurasının və eyni zamanda ATƏT Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qərarlardan, qətnamələrdən tamamilə imtina edir. Ermənistanın “DQR”nı tanıması, bütün dünyaya meydan oxumaqdır”

Deputat vurğulayıb ki, Ermənistan parlamenti adıçəkilən qanun layihəsini qəbul edərsə, son sözü Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu deyəcək: “Belə durumda müharibə qaçılmazdır. Biz bundan narahat olmalı deyilik. Cəmiyyət olaraq ölkə prezidenti və ordumuzla bərabər bizi qələbəyə aparan son döyüşə hazırlaşmalıyıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.