Koreya liderinin bacısı ABŞ-a xəbərdarlıq etdi

23-11-2022, 12:28           
Koreya liderinin bacısı ABŞ-a xəbərdarlıq etdi
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Birləşmiş Millətlər Təşkilatında (BMT) ABŞ-ın ölkəsinin ballistik raket sınaqlarını pisləməsini tənqid edib.

Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Çonq ABŞ-a xəbərdarlıq edib.

Şimali Koreyada Kim Çen Indan sonra ən güclü ad kimi tanınan Kim Yo Conq İngiltərə, Fransa, Avstraliya, Yaponiya və Cənubi Koreya ilə birgə bəyanatına görə ABŞ-ı sərt şəkildə tənqid edib.

ABŞ-a “daha ciddi təhlükəsizlik böhranı ilə üzləşə biləcəyi” xəbərdarlığını edən Kim Yo Conq Şimali Koreyanın raket sınaqlarını BMT Təhlükəsizlik Şurasında müzakirə edilməsini ikili standart kimi qiymətləndirdiklərini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru