İranda əxlaq polisinin ləğvi nə deməkdir?

5-12-2022, 10:37           
İranda əxlaq polisinin ləğvi nə deməkdir?
İranda əxlaq polisinin ləğvi nə deməkdir? Bu islahat deyil, sadəcə etirazçıların artan təzyiqini azaltmaq məqsədi daşıyır.
Rejim bunu kiçik güzəşt kimi qiymətləndirir. Ancaq əxlaq polisinin ləğvi İranda qadınların geyim azadlığına şərait yaradırmı – bu suala hələ aydın cavab verməyiblər.
Ancaq çin şüşədən çıxıb. İran son 3 ayda qadınların bir qismi etiraz əlaməti olaraq onsuz da başlarını açırdılar və artıq kimsə onları polisə aparmırdı, yollarda “əxlaq polisi” də yoxa çıxmışdı.
İranda başqa qadağalar da var, xarici televiziya kanallarına baxmaq, evlərin damlarında çanaq antenalar yerləşdirmək, Qərb musiqisini dinləmək yasaqdır. Bu qadağalar da ləğv olunacaqmı?
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.