İndi növbə dövlətə xəyanət barədə saxta hökmləri çıxaran hakimlərindir - ÇAĞIRIŞ

7-12-2022, 12:17           
İndi növbə dövlətə xəyanət barədə saxta hökmləri çıxaran hakimlərindir - ÇAĞIRIŞ
İndi növbə dövlətə xəyanət barədə saxta hökmləri çıxaran hakimlərindir
Xəbər verdiyimiz kimi, cəmiyyətin, beynəlxalq ictimaiyyətin prinsipial və ardıcıl mübarizəsi öz bəhrəsini verdi və “Tərtər İşi” üzrə işgəncələr nəticəsində məhkum olunan daha bir neçə nəfər bəraət alaraq, azadlığa buraxıldı.

TEREF.AZ bildirir ki, “Tərtər İşi”nin üstünün açılması üçün ciddi şəkildə çalışan ekspert Ərəstun Oruclu Gununsesi.info-ya açıqlamasında bu haqda danışıb.

O, bildirib ki, bu fakt uzun illər bu cinayəti törədən və onun üstünün açılmasını əngəlləyən yüksək vəzifəli şəxslərin məğlubiyyətidir: “Düzdür, onlarla insanın həyatı məhv oldu. Ölənlər oldu, amma nə yaxşı ki, vaxtilə Avropa Şurasının tələblərinə əsasən Azərbaycanda ölüm hökmü ləğv edilib. Yoxsa dünən 2 yox, 5, 7 və bəlkə də elə 12 nəfərə ölümündən sonra bəraət verilməsinin şahidi olardıq”.

Ərəstun Oruclu bildirib kk, indi növbə dövlətə xəyanət barədə saxta hökmləri çıxaran hakimlərindir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.