Amerikalı general Ben Hodces: “Krım yaxın aylarda təcrid oluna bilər”

14-01-2023, 11:24           
Amerikalı general Ben Hodces: “Krım yaxın aylarda təcrid oluna bilər”
“Krım yarımadası Ukrayna üçün böyük əhəmiyyət kəsb edir, ona görə də Kiyev onun üzərində nəzarəti həyata keçirməyə cəhd edəcək”.

Bu barədə təqaüddə olan general və ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı Ben Hodces bildirib.

“Krım həlledici əhəmiyyət kəsb edir... Düşünürəm ki, yaxın aylarda Ukrayna Baş Qərargahı Krımın təcrid olunması üzərində diqqəti cəmləyəcək”, - deyə amerikalı general qeyd edib.

Hodces hesab edir ki, Ukrayna Krım məsələsini təkbaşına həll edə bilməyəcək. Onun fikrincə, bu yalnız Qərbin dəstəyi ilə mümkün ola bilər.

Mənbə: MK.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.