Çin "beynəlxalq nizamı" yaradanları TƏNQİD ETDİ

14-01-2023, 10:18           
Çin "beynəlxalq nizamı" yaradanları TƏNQİD ETDİ
Çinin BMT -dəki nümayəndəsi Zhang Jun "beynəlxalq nizamın" işləməsi üçün qaydalar toplusunun yaradıcılarını tənqid edərək, belə yanaşmanın dünyada ciddi problemlərə yol açdığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

O, sual verib ki, "beynəlxalq nizam”ın təməlində hansı normalar dayanır, eləcə də onları kim yaradır? Diplomatın sözlərinə görə, dəqiq cavab verilməyib.

"Gördüklərimiz, bir çox insanın əməl etdiyi qaydalara əsaslanan yanaşmanın dünyanı necə böyük problemlərə sürüklədiyidir", - o deyib.

Jun, "beynəlxalq nizam" ideyasının bir sıra ölkələrin öz standartlarını tətbiq etməsinin bir yolu olduğunu bildirib. O vurğulayıb ki, BMT sistemi həqiqətən dünya nizamını qorumağa yönəlmiş yeganə sistemdir. Daimi nümayəndə onu da əlavə edib ki, “qaydalara əsaslanan beynəlxalq nizam” Qərb siyasətçilərinin tez-tez dilə gətirdiyi ifadədir, lakin bu söz nə BMT Nizamnaməsində, nə də Təhlükəsizlik Şurasının qətnamələrində qeyd olunmur.

Bundan əvvəl Jun Ukrayna böhranını Avropada uzun müddət davam edən balanssızlığın nəticəsi adlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.