Erməni ekspert Vardanyana “Rusiyanın layihəsi” olmadığını sübut etməsi üçün vaxt verdi... - BİZ DƏ GÖZLƏYƏK...
14-01-2023, 11:34

Erməni ekspert Vardanyana “Rusiyanın layihəsi” olmadığını sübut etməsi üçün vaxt verdi...
Hərbi-siyasi məsələlər üzrə ekspert Armine Marqaryan son günlər Qarabağdakı qondarma “dövlət naziri” Ruben Vardanyanın, demək olar ki, bütün bəyanatlarının Ermənistan və Qarabağ üçün təhlükəli olduğunu bildirib.
TEREFR.AZ moderator.az-a istinadla xəbər verir ki, A.Marqaryan bu haqda baş nazir N.Paşinyanın birbaşa kurasiyasında olan “Aykakan jamanak” qəzetinin internet saytına açıqlamasında danışıb.
Ekspert xüsusilə, Putinin milyarder “desant”ının yanvarın 12-də keçirilmiş üzdəniraq “Yerevan-Stepanakert” körpüsü zamanı Rusiya “sülhməramlı” ilə bağlı açıqladığı fikirlərini tənqid edib.
“Vardanyan deyir ki, Artsax xalqı bu vəziyyətdə hər şeyi edəcək ki, rus sülhməramlıları ermənilərin onları dəstəklədiyini hiss etsinlər və onların acınacaqlı vəziyyətini başa düşsünlər”. Bu, sürreal bəyanatdır. Bunun əksi olmalı idi. Başqa sözlə, Artsaxın dövlət naziri beynəlxalq ictimaiyyətə siqnal göndərir ki, Dağlıq Qarabağın beynəlxalq dəstəyə ehtiyacı yoxdur və Rusiya sülhməramlılarının davranışlarından razıdır”- deyə A.Marqaryan bildirib.
Jurnalistin "Vardanyanın son açıqlamaları onun, belə demək mümkünsə, Rusiya layihəsi olması ilə bağlı yayılan şayiələri təsdiqləyirmi" sualına isə erməni ekspert belə cavab verib: "Ruben Vardanyanın dolaşan bu şayiələri dağıtmağa hələ vaxtı var"...