ABŞ Prezidentinin evində yeni məxfi sənədlər aşkarlanıb

15-01-2023, 00:10           
ABŞ Prezidentinin evində yeni məxfi sənədlər aşkarlanıb
ABŞ Prezidenti Cozef Baydenin Delaver ştatının Uilminqton şəhərindəki şəxsi evində yeni məxfi sənədlər tapılıb. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının hüquq məsələləri üzrə xüsusi müşaviri Riçard Sauber bildirib.

“Məxfi məlumatlara çıxışım olduğu üçün prezidentin şəxsi vəkilinin aşkar etdiyi sənədlərin Ədliyyə Departamentinə təqdim edilməsinə kömək üçün Uilminqtona getdim. Əlavə edilmiş materiallar arasında məxfi hesab olunan daha beş səhifəlik sənəd aşkarlanıb”, - Sauber deyib.

Qeyd edək ki, Vaşinqtonda Ağ Evin hazırkı rəhbəri ilə əlaqəli beyin mərkəzinin binasında Cozef Baydenin vitse-prezident olduğu dövrə aid olan gizli sənədlər tapılıb.

Öz növbəsində Nümayəndələr Palatasında respublikaçılar Prezident Cozef Baydeni vitse-prezident olduğu vaxtda məxfi sənədləri oğurlamaqda ittiham edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru