Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi təşkilat ofisdən çıxarıldı

15-01-2023, 00:16           
Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi təşkilat ofisdən çıxarıldı
İctimai fəal Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi İctimai-Siyasi İnstitut ofisdən çıxarılıb.
Bu barədə Müdafiə Xətti hüquq müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər məlumat yayıb.
Caspian Plazanın rəhbərliyi adından yanvarın 11-də bildirilib ki, ofisi tərk etmək lazımdır.
Qeyd edək ki, ictimai fəal Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamı qəbul etmir. O, məhkəmə qərarına etiraz olaraq 14 gün aclıq keçirib və yanvarın 5-də aclığı dayandırıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib və indi aclığı davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru