Avstraliyada tribunalara Rusiya və Belarus bayraqlarının gətirilməsinə qadağa

17-01-2023, 10:36           
Avstraliyada tribunalara Rusiya və Belarus bayraqlarının gətirilməsinə qadağa
Avstraliya Tennis Federasiyası (Tennis Australia) azarkeşlərə Avstraliya Açıq çempionatının tribunalarına Rusiya və Belarus bayraqlarını gətirməyi rəsmən qadağan edib.

Bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.

Buna səbəb ukraynalı azarkeşlərin çoxsaylı şikayətləri olub.

Belə ki, rusiyalı tennisçi Kamilla Rəhimova ilə ukraynalı Katerina Beyndl arasında yanvarın 16-da baş tutan görüşdə tribunada Rusiya bayrağı qaldırıldığına görə, ukraynalı azarkeşlər 14 dəfə polis və təhlükəsizlik xidmətlərinə zəng edərək onları “Australian Open” stadionuna çağırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru