Rusiyalı komandir səfərbərliyin uğursuz olduğunu etiraf etdi: “Tarixdə belə şey olmayıb”

24-01-2023, 21:28           
Rusiyalı komandir səfərbərliyin uğursuz olduğunu etiraf etdi:
“Müasir Rusiya heç vaxt belə intensivlikdə hərbi əməliyyatlara şahid olmayıb”.

Bu sözləri Rusiya Federasiyasının Ukraynadakı Birləşmiş Qoşunlar Qrupunun komandanı Valeri Gerasimov deyib.

Onun sözlərinə görə, Rusiyadakı səfərbərlik sistemi Qərbin sanksiyalarına və sanksiyalardan sonra yaranan iqtisadi problemlərə tam uyğunlaşdırılmayıb.

“Qeyd etmək zəruridir ki, ölkəmizdə səfərbərlik hazırlığı sistemi yeni müasir iqtisadi münasibətlərə tam uyğunlaşdırılmayıb. Ona görə də hər şeyi yerində düzəltmək lazım gəldi”, - deyə Gerasimov bildirib.

O qeyd edib ki, səfərbərlik zamanı Baş Qərargah 300 minə yaxın rusiyalını hərbi xidmətə cəlb etməyə nail olub.

Gerasimov eyni zamanda vurğulayıb ki, müasir Rusiya tarixi boyu heç vaxt bu intensivlikdə hərbi əməliyyatlara şahid olmayıb.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.