Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib - ŞƏRH

18-03-2023, 10:11           
Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib - ŞƏRH
Beynəlxalq Cinayət Məhkəməsi Ukraynadakı müharibə cinayətləri kontekstində iki nəfərin – Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin və Rusiya Federasiyası Prezident Aparatı yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.
Məhkəmə hər iki şəxsin həbsinə orderi işğal olunmuş ukrayna ərazilərdəki uşaq və körpələr evlərindən yüzlərlə ukraynalı uşaqların qanunsuz deportasiyası və məcburi köçürülməsinə görə cinayət məsuliyyəti daşıdığına görə verib.
Uşaqların deportasiya və köçürülməsindən sonra Rusiya bunu uşaqların Rusiya Federasiyasında övladlığa götürülməsi kimi təqdim etmişdi.
Bir müddətdən sonra məlum oldu ki, Rusiyada bu uşaqların övladlığa götürlüməsindən kütləvi imtina olunub.
Rusiya rəsmi instansiyaları ilkin mərhələdə bu imtinanın səbəbi kimi ölkə qanunvericiliyin xaricdən övladlığa götürülmənin imkan verməməsi kimi izah vermişdilər.
Uşaqların övladlığa götürülməsini asanlaşdırmaq üçün Rusiyanın müvafiq qanunvericiliyi də dəyişdirildi.
Lakin bundan sonra da məlum oldu ki, Rusiya Federasiyasına deportasiya olunmuş ukraynalı uşaqların böyük əksəriyyəti üçün övladlığa götürülməkdən imtina olunub.
Qeyd edim ki, Rusiya prezidenti Putin , Beynəlxalq Cinayət Məhkəməsinin Liviya prezidenti Müəmmər Qəddafi , Sudan prezidenti Ömər əl-Bəşir və Fil Dişi Sahilinin prezidenti Loran Qbaqbodan sonra barəsində həbs qərarı çıxardığı 4-cü ölkə rəhbəridir.
Diğərlərinin aqibəti isə belədir ki, Muammar Qaddafi küçədə öldürüldü , Ömər əl-Bəşir və Loran Qbaqbo isə hal-hazırda həbsdədirlər.
Yeganə Hacıyeva
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.