Moskva imtina etdi: Onlar vasitəçi ola bilməzlər

22-03-2023, 11:34           
Moskva imtina etdi:
“ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Rusiya və Ukrayna arasında sülhün təmin olunmasında vasitəçi ola bilməzlər”.

Bu barədə məlumatı Rusiya XİN yayıb.

“Bu ölkələr hazırda Ukraynada Rusiya ilə davam davam edən münaqişənin iştirakçılarıdırlar. Vaşinqton, London, Paris və Berlin böhranın nizamlanmasında maraqlı deyillər və qarşıdurmanı mümkün qədər uzatmaq üçün hər şeyi edirlər”, – deyə Rusiya XİN qeyd edib.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransının keçmiş rəhbəri Volfqanq İşinger Ukrayna ilə bağlı sülh planı üzərində düşünməyə çağırıb. O, əsas olaraq Böyük Britaniya, Almaniya, ABŞ və Fransanın daxil olduğu vasitəçi qrup yaratmağı təklif edib.
RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru