"Vəziyyət nizamlanma istiqamətində inkişaf edir" - Putin üştərəfli görüşdə bəyan edib

26-05-2023, 08:38           
"Vəziyyət nizamlanma istiqamətində inkişaf edir" -
Mən Azərbaycan və Ermənistan tərəfinə növbəti görüşün keçirilməsinə operativ reaksiya verdiklərinə görə minnətdaram.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşündə deyib.

Putin ümid edib ki, bugünki görüş bir sıra məsələlərin praktik həlli üçün yaxşı proloq olacaq.

"Məhz bizim format sayəsində çox şeylərə nail olunub. 2020-ci ildə təkcə hərbi əməliyyatlara son qoyulmayıb, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması və sərhədlərin delimitasiyası ilə bağlı işə başlanılıb. Bu müddət ərzində çox hadisələr baş verib. Detallara varmayacam. Ümumilikdə, mənim fikrimcə, problemlərin çətinliklərinə baxmayaraq, vəziyyət nizamlanma istiqamətində inkişaf edir. Bu istiqamətlərdən biri nəqliyyat kommunikasiyaları ilə bağlı işdir. Biz indi göz-gözə bu barədə danışdıq. Hələ də nizamlanmamış məsələlər var. Lakin fikrimcə, bu problemlər sırf texniki xarakter daşıyır", - deyə Putin bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru