Putin Rusiyanın Avropanın silahlı qüvvələrlə bağlı müqaviləsindən çıxmasını təsdiqləyib

30-05-2023, 08:08           
Putin Rusiyanın Avropanın silahlı qüvvələrlə bağlı müqaviləsindən çıxmasını təsdiqləyib
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin “Avropada Adi Silahlı Qüvvələrin Məhdudlaşdırılması (AASQM) haqqında” müqavilədən denonsasiyasına dair qanunu imzalayıb.
Teref.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin rəsmi saytı məlumat yayıb.Qeyd edək ki, bu müqavilə 1990-cu ildə Parisdə və 1999-cu ildə Türkiyənin İstanbul şəhərində ATƏT-in sammitində yenilənmiş variantda imzalanıb.

Məlumata görə, uyğunlaşdırılmış müqaviləni yalnız dörd ölkə – Rusiya, Belarus, Qazaxıstan və Ukrayna ratifikasiya edib. 2007-ci ildə NATO ölkələri Uyğunlaşma haqqında Sazişi ratifikasiya etmədiyindən Rusiya “Avropada Adi Silahlı Qüvvələrin Məhdudlaşdırılması haqqında” müqavilədə iştirakını dayandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru