Türkiyədə Respublikanı, sekulyar yanaşmanı, liberal bazar iqtisadiyyatını saxlayacaq təməllər var

30-05-2023, 08:19           
Türkiyədə Respublikanı, sekulyar yanaşmanı, liberal bazar iqtisadiyyatını saxlayacaq təməllər var
- Bayden, Makron, Scholz seçkidən sonra Erdoğanı təbrik etdi - bizdə bəziləri deyir yox e, Əliyev və Putin təbrik etdisə, deməli bu işdə nəsə var,
- CHP və müxalifət qanadı seçki sürəcində problemlemlər olmağına baxmayaraq səslərin sayılmadında saxtakarlıq olmadığı deyir, uduzduqlarını etiraf edir - bizdə bəziləri onlardan çox bilirlərmiş, onlardan çox Kılıçdaroğlunun qələbəsini istəyirlərmiş, dirəşiblər ki, yox e, saxtakarlıq var, Kemal bəy uduzmayıb,
- Biz həftələrdir məhz Azərbaycan hakimiyyətinə mesaj olsun deyə yazıb-söyləyirik ki, baxın ha, qardaş ölkəyə baxın, "oy, sandıq siyasətçinin namusudur", deyən AKP-yə, Erdoğana baxın, dərs çıxardın - bizdə bəziləri aqressiv şəkildə üstümüzə gəlib, "siz Erdoğançısınız, onu dəstəkləyirsiz", bağırırlar,
- Biz illərdir seçki institutuna inamı ölmüş məmləkətimizdə bu prosesə marağı artırmaq üçün çalışırıq, qardaş Türkiyədə seçki marağını örnək gətirərək bizdə də canlanma yaratmaq istəyirik - bizdə bəziləri bunu anlamır, özümüzdə olan biabırçı seçki vəziyyəti azmış kimi, indi də, "ay aman, Türkiyədə də saxta seçki oldu", deyib seçki sürəcinə olan-qalan inamı da məmləkətdə öldürmək istəyərək YAP-a xidmət edirlər.
Dostlar, Türkiyədə Respublikanı, sekulyar yanaşmanı, liberal bazar iqtisadiyyatını saxlayacaq təməllər var - Atatürkçülük, sekulyar millətçilik, solçuluq güclüdür, qardaş ölkənin varolma "vaksinləridir", ciddi seçki institutunun varlığı da Türkiyəni daim ayaqda tutacaq və gücləndirəcək!
Gəlin özümüzə baxaq, öz "vaksinlərimizi" yaradıb-gücləndirək. İlk və ən vacib məsələ seçki institutunun bərpasıdır - bu addım olsa, sonra bizdə də ideoloji kəsimlər yaranacaq. Hamılıqla seçki institutunun bərpasına çalışmalıyıq, bu yol isə ancaq aktiv iştirakçılıqdan keçir!
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru