Şalva Papuaşvili: “Qafqazın təhlükəsizliyinin əsas xətti Gürcüstanla Azərbaycanın səmərəli əməkdaşlığıdır”

30-05-2023, 12:04           
Şalva Papuaşvili: “Qafqazın təhlükəsizliyinin əsas xətti Gürcüstanla Azərbaycanın səmərəli əməkdaşlığıdır”
“Qafqazın təhlükəsizliyinin əsas xəttini Gürcüstanla Azərbaycan arasındakı səmərəli əməkdaşlıq təşkil edir. Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq regional sülh və sabitlik üçün çox vacibdir”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili söyləyib.

Onun sözlərinə görə, regionda təhlükəsizlik mühitinin yaxşılaşdırılması olduqca vacibdir. Bizim Azərbaycan ilə sadəcə strateji tərəfdaşlıq, siyasi və iqtisadi əlaqələrimiz deyil, həm də xalqlarımız arasındakı qədim və dərin mədəni bağlantılarımız var. Ölkələrimiz arasındakı məhsuldar əməkdaşlıq son onilliklərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu, xalqlarımız, ölkələrimiz üçün bir çox müsbət nəticələrə gətirib. Ticarət, iqtisadiyyat, mədəniyyət və müdafiə istiqamətlərində əməkdaşlıq dinamikdir. Bir neçə onillik öncə başladılmış beynəlxalq əhəmiyyətli regional enerji və nəqliyyat layihələri ölkələrimizi həm siyasi, həm də iqtisadi baxımdan bir-birinə bağlayıb.


“Ölkələrimizin müstəqilliyinin eyni vaxtda elan olunması və 105 il əvvəl əcdadlarımızın eyni vaxtda dövlətçiliyin bərpasını qeyd etməsi tarixi əhəmiyyət kəsb edir. Biz regionumuzda təhlükəsizlik mühitinin yaxşılaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik”, - deyə Şalva Papuaşvili vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru