ABŞ dövlət katibinin köməkçisi Azərbaycanda səfərdədir

31-05-2023, 08:14           
ABŞ dövlət katibinin köməkçisi Azərbaycanda səfərdədir
ABŞ dövlət katibinin Dövlət Enerji Ehtiyatları Bürosu üzrə (ENR) köməkçisi Cefri Payatın Azərbaycana səfəri başlayıb. ABŞ-ın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, səfər 2 iyun tarixinədək davam edəcək.

O, Bakıda Neft və Qaz Sərgisi, Xəzər Beynəlxalq Enerji və Yaşıl Enerji Sərgisi və Bakı Enerji Forumundan ibarət olan 28-ci illik Bakı Enerji Həftəsində iştirak edəcək.

Cefri Payat, enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələrindən istifadənin artırılması imkanlarını müzakirə etmək üçün Azərbaycan hökumətinin rəsmiləri ilə görüşəcək.

Dövlət katibinin köməkçisi Pyat təmiz enerji keçidini sürətləndirərkən qlobal enerji təchizatını sabitləşdirmək üçün gələcək beynəlxalq əməkdaşlığı təşviq etmək üçün digər ölkələrin və təşkilatların enerji rəsmiləri ilə də görüşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru