Naxçıvana dəmir yolu bərpa olunur - Azərbaycan Ermənistanla RAZILIĞA GƏLDİ

1-06-2023, 08:34           
Naxçıvana dəmir yolu bərpa olunur -
Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair görüşü keçiriləcək.

Gununsesi.info “Spuntik Armenia” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

O xatırladıb ki, mayın 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü baş tutub:

“Həmin tədbirdə bildirilib ki, bir həftədən sonra baş nazirin müavinləri səviyyəsində üçtərəfli danışıqlar olacaq və bu danışıqlarda regionda nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə olunacaq”.

“Bu gün isə razılıq əldə olunub ki, işçi qrupu yaxın vaxtlarda görüşəcək. Baxılacaq məsələlər Azərbaycan və Ermənistan arasında sərhədin modal keçidi ilə bağlı texniki detallara aiddir. Məsələ burasındadır ki, beynəlxalq sərhədlərdə mövcud olduğu kimi bu sərhəddə də pasport, gömrük və bütün digər nəzarət növləri olacaq”, – Overçuk “İnterfaks”ın sualını cavablandırarkən deyib.

O, qeyd edib ki, tərəflər Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu əlaqəsini bərpa edəcəklərinə çox yaxınlaşıblar.

“Ermənistan, həmçinin Naxçıvandan, Zəngəzurdan, Azərbaycandan Rusiyaya, digər Avropa İttifaqı ölkələrinə və İrana getmək imkanı əldə edəcək”, – Overçuk bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru