"Öhdəlikləri yerinə yetirmək vacibdir" - Şarl Mişel

2-06-2023, 09:44           
"Öhdəlikləri yerinə yetirmək vacibdir" - Şarl Mişel
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kişineuda keçirilən beştərəfli görüş barədə paylaşım edib.
Şarl Mişel özünün "Twitter" hesabında görüş zamanı geniş müzakirələrin aparıldığını bildirib.
“Praqa və Brüssel görüşlərindən sonra biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün elementlərini müzakirə etməyə davam etdik", - Mişel vurğulayıb.
O qeyd edib ki, öhdəlikləri yerinə yetirmək vacibdir:
“Biz həmçinin iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüşü də müzakirə etdik. Oktyabrda Qranadada Avropa Siyasi Birliyi sammiti çərçivəsində Ermənistan, Azərbaycan, Almaniya və Fransa liderləri ilə müzakirələrin davam etdirilməsi təklifini təsdiqlədik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru